Hövzə Xəbər Agentliyinin tərcümə qrupunun məlumatına görə, İslam Peyğəmbəri Həzrət Məhəmməd Mustafanın (s) mövludu münasibətilə Cammu və Kəşmirin Bəthəndi şəhərində möhtəşəm mərasim keçirilmişdir. Bu mərasim, müsəlmanların Həzrət Rəsuləllaha (s) sevgi və ehtiramının, eləcə də İslam birliyinin rəmzi olaraq müxtəlif məzhəblərin ardıcıllarının geniş iştirakı ilə baş tutmuşdur.

İştirakçılar birlik şüarları səsləndirməklə və mədəniyyətə aid simvollar nümayiş etdirməklə, İslam ümmətinin həmrəylik və birliyinə dair mesajlarını nümayiş etdirdilər. Mərasim zamanı müsəlmanlar Həzrət Peyğəmbərin (s) sünnəsinə sədaqətlərini bir daha təzələyərək, onun əxlaqi və ictimai təlimlərinin təbliğinin zəruriliyini vurğuladılar. Onlar həmçinin məzlum Fələstin xalqı ilə həmrəyliklərini ifadə etməklə İslam ümmətinin vəhdət və birliyinə dair açıq mesaj çatdırdılar. Yürüşün diqqətəlayiq məqamlarından biri İslam İnqilabının Ali Lideri Həzrət Ayətullah üzma Xamenei, şəhid general Qasim Süleymani və müqavimət lideri Seyid Həsən Nəsrullahın şəkillərinin daşınması olmuşdur. Bu addım müqavimət dəyərlərinə sadiqliyin, həmçinin İslam dünyasının məzlumlarına dəstəyin rəmzi kimi qiymətləndirilmişdir. Həzrət Peyğəmbərin (s) mövludu münasibətilə keçirilən bu bayram mərasimi yalnız aləmlərə rəhmət olan İslam Peyğəmbəri (s) ilə əhdin yenilənməsi olmayıb, bununla yanaşı müxtəlif məzhəblərə mənsub müsəlmanların həmrəylik və birliyinin nümayişi, İslam ümmətinin vəhdət mesajının təcəssümü olmuşdur. İştirakçılar böyük coşqu və şövqlə müsəlmanların birliyinin zəruriliyini və dünya məzlumlarına xüsusilə də Fələstin xalqına dəstəyin vacibliyini vurğulamış, İslam ümmətinin birliyinə dair açıq mesajı bütün dünyaya bəyan etmişlər.







Rəyiniz